Xəbərlər
WeBlog - Azərbaycanın online bloqçular şəbəkəsidir. Yerləşdiyi platformadan asılı olmayaraq istənilən bloq şəbəkəmizə qoşularaq böyük bloqçular ailəsinin bir üzvünə çevrilə bilər.
Şəbəkəmiz bloggerlərə bir neçə üstünlüklər təqdim edir. Onlardan bəziləri:
- Bloq müəllifi şəbəkəmizə qoşularaq öz yaradıcılığını daha geniş kütləyə çatdıra,
- Oxuyucularının sayını artıra,
- Digər bloq müəllifləri ilə tanış olaraq təcrübələrdən yararlana,
- Maraqlı və qeyri-adi yazılarla digər bloqçular arasında tanına,
- Şəbəkəmizin səsvermə sistemi vasitəsilə yazısının nə dərəcədə bəyənildiyindən xəbər tuta,
- Müxtəlif mövzularda bloq yazıları yarışmalarına qatılaraq xüsusi hədiyyələr qazana
- və nəhayət professional bloqçuya çevrilə bilər.
Sözsüz ki, yuxarıda qeyd olunanlar şəbəkəmizin bloqçulara təqdim etdiyi xidmətlərin çox az bir qismidir. Sadalanan imkanlardan əlavə bloqçuluq fəaliyyətinə başlamaq istəyənlər “İRƏLİ” İctimai Birliyinin təşkil etdiyi WeBlog təlimlərinə qoşularaq bloqçuluğun incəliklərinə yiyələnmə şansını əldə edirlər. Təlimlər bitdikdən sonra özünü bir bloqçu kimi uğurlu göstərən şəxslərə sertifikat təqdim olunur.
Siz də öz yaradıcılığınızı inkişaf etdirmək, bloqçuluq sahəsində özünüzü göstərmək istəyirsinizsə bloqunuzu bizə göndərərək şəbəkəmizə qoşula bilərsiniz. Unutmayın, “Bloqçuluq incəsənətdir, özünü ifadə etməyin gözəl üsullarından biridir. Bəzən isə ən gözəlidir” (Hugh Macleod). Özünü ifadə et, bizə qoşul!






